Monday, June 21, 2010

Rəşadətə dair



İndi içəridə oturmusan. Yəqin ki Əbülfəzlə də görüşmüsən. Oxumasan da deyim, salamlarımı çatdır. Yanınızda olmağı çox istərdim. İndi oranın söhbətlərinə doymaq olmaz. 10 gün sənsiz yaman darıxacam. Elə hiss edirəmki, elə bil bu məktubu sevgilimə yazıram. İnsan həmişə yaxınını yanında olmayanda qiymətləndirə bilir. Hər halda 10 gün məncə sevindirici müddətdir. Mən diktatordan və onun itlərindən həmişə maksimum gözləyirəm. Etiraf edirəm ki, buna da şükr etdim.

Friday, June 18, 2010

No Comment: Göygölün sonası

«Əlimizə keçən faktlar sübut edir ki, xalqın sərvəti olan Göygöl yalnız bir nəfərin istifadəsinə verilib. Göygölü də İlham

Əliyev zəbt edibmiş. Ölkə başçısı burada özünə iqamətgah tikdirir.

«Göygöldə İlham Əliyev üçün tikilən nəhəng villanın inşasında çalışan 150 fəhlə girov saxlanılır. Bura sanki konslagerdir. Heç kəsi nə içəri, nə də çölə buraxırlar. Artıq beş aydır ki, fəhlələrin və ustaların əməkhaqqı verilmir. Səsimizi eşidən, tələblərimizə məhəl qoyan yoxdur. İş o yerə çatıb ki, fəhlələrdən biri özünü yandırmaq istədi. Onun əlindən benzin

«butılka»sını zorla aldıq».

Demokrat qəzeti

Məlumat çox dəqiqdi. Necə deyərlər, səhih hədisdir. Kütlə buna çox normal yanaşır. Hər biri İlham Əliyevin yerində olsa, Dubayda, Göygöldə özünə mülk alardı. Bu Azərbaycan hakimiyyətinin insanlara qarşı yürütdüyü manqurtlaşma siyasətinin nəticəsidir. Kim bu siyasətin qurbanı olmayıbsa o bizimlədir. Sabah da bizimlə olacaq.

Hasta la victoria siempre!

Thursday, June 17, 2010

Müxalifətə dair



Azərbaycan elə ölkələrdəndir ki, burada müxalifət partiyalarının bir biri ilə rəqabət aparması partiya funksionerlərindən başqa heç kimi maraqlandırmır. Evində qaz, işıq problemi olan adamın fikirləşdiyi ancaq bu problemin həll olunması ola bilər. Daha onu müxalifətdə İsa Qəmbərin və ya Əli Kərimlinin daha yaxşı olub olmaması maraqlandırmır. Vacib bir şeyi də nəzərinizə çatdırım ki, Azərbaycanda bu gün əhalinin narazı hissəsinin əksəriyyət və bəlkə də ondan da çox hissəsi Lalə Şövkəti çox pis xatırlayır, Əli Əliyevin isə kim olduğunu bilmir.

Wednesday, June 16, 2010

Günün şəkli: Natiq Güləhmədoğlu

[caption id="attachment_1115" align="alignnone" width="567" caption="Soldan sağa: Natiq Güləhmədoğlu və ona hücum edən naməlum ünsür"][/caption]

Natiq Güləhmədoğlunu tanıyırıq. Natiq çox sakit və təmkinli insandı. Onun səsini eşitmək üçün gərək düz gözünün qabağında oturasan. Çox qeyri-adi gülüşü var.

İndi ona hücum edən naməlum ünsürə nəzər salaq. Üz cizgilərindən görünür ki, bu adam qəhbədi. Artıq sözə ehtiyac yoxdu.

Doğurdan da Əli Əkbərin dediyi kimi, bizim hər birimiz çox dəyərliyik, çünki dünən bir masada çay içdiyimiz insanı sabah görməyə bilərik. Gedirəm Natiqə doyunca baxmağa.

Sunday, June 13, 2010

İsa Qəmbər: Araz Önərin suallarına cavab

Bir neçə gün öncə, hörmətli İsa bəyə öz bloqumda məni maraqlandıran sualları ünvanlamışdım. Bu gün İsa bəy suallarım(ız)a cavab verdi. Maraqlıdırsa oxuyun.

Hasta siempre Comandante



"Çe  Gevarara bu gün üçün aktualdırmı?" sualının qarşılığında "Bu gün Azərbaycan üçün Çe Gevaradan daha aktual kimsə varmı?" ritorik sualını səsləndirərdim... | Məmməd Süleymanov

http://devrimsol.azeriblog.com/2010/06/13/revol-aktual-che

O, yalnız tarixdə qalmadı. O həm də gələcəkdədir. Doğum günün mubarək, Che!

#söhbət 3 (buz kimi pivə)

Yuxuya səhər saat 8-də getmişəm. Saat 12-də durdum, çünki saat 1-də futbol oynamalıydım. Saat 1-də futbol başladı. Ənvər gecikdiyindən oyuna 4 nəfər başladıq. 2 top buraxdıqdan sonra nəhayət Ənvər oyuna daxil oldu. Heç nə dəyişmədi 3-0, 3-1, 3-2, 4-2, 4-3, 4-4, 5-4, 6-4, 6-5, 6-6, 7-6, 8-6, 9-6....və s.

İndi dəhşət soyuq bir pivə olsaydı içərdim. Tərpənməyə həvəsim yoxdu. Belim də ağrayır, yuxum da gəlir.