Wednesday, January 27, 2010

"Mixaylo şəhərdədir"

Musiqi: Rustam Mamedoff & Teymur Nadir - Varmı bir insan

Bu gün Lider TV xəbərlərdə aşıqlarla bağlı nəsə gedirdi. Dəqiq bilmədim, ya Aşıqlar Birliyi yaranıb, amma deyəsən o çoxdan var. Ya da ki, var imiş, qurultay filan keçiriblər. Aşıq-ozan sənəti çox seksual sənətdi. Mən bəyənirəm. Hərdən mahnının mətni o dərəcədə seksual olur ki, adam lap ləzzət də eləyir. Ozu də kişi aşıqları deyə bilmərəm, amma qadın aşıqlarda qəribə görüntü olur. 10 nəfər qadın qoyun, içərisində 1 aşıq olsa tapıb deyə bilərəm.

Zaur adlı teleaparıcının bir verilişi var, adı da çox seksualdı - "Yağ kimi". Bu verilişdə, camaat gəlir yeyir - içir, sonra deyirlər ki, ləzzət elədi ya yox. Deməli mən hər dəfə o verilişi diqqətlə izləməyə çalışıram. Çünki o veriliş barədə əntiqə ideyalarım var. Bəlkə birin də özüm açdım.
Zaur bu həftə aşıqları dəvət edib. Elə, arvadın mətbəxtində gəzişirdi, arvada sual verdi ki, bəs dessertə nə olacaq? Arvad da qayıdıb nə desə yaxşıdı? "Stoliçnıy salat". Tez pultu əlimə götürüb atdım ANS-e: "Ermənistanın Azərbaycana təcavüzü davam edir. Bu gün səhər saatlarında cəbhə xəttində atəşkəs pozulub, cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur". Arxasıyca, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü barəsində sujet verildi. Maraqla baxdım. Sözün düzü elə də təəssüratlanmadım.

Laptopun arxasına keçdim. Azadlıq Radiosunun saytına daxil oldum. Gördüm manşetdə 2 nəfər xizək sürür. Yaxınlaşdım, nə görsəm yaxşıdı? Prezidentimiz Medvedyevlə xizək sürür. Sarksyansa qıraqdan baxır. Fərəhdən gözlərim yaşardı. Sarksyan xizək sürə bilmirdi. Yenə də türk öz sözünü dedi, deyir, deyəcək.

Təkcə ordumuzun büdcəsi Ermənistanın büdcəsi qədərdir. Ermənistanı uğurla iqtisadi blokadada saxlamağa davam edirik. İndi də prezidentimiz Sarksyan köpəyinə xizəksürmə dərsi keçir. Bu bilirsiniz nə deməkdi? Siz bilməzsiniz. Mən təklif edirəm təqvimə "Prezidentimizin Sarksyana xizəksürmə dərsi keçməsi bayramı" salınsın. Hər il təmtəraqla qeyd edək.

******

Statistika komitəsinin saytına baxdım. Minimum və orta aylıq əmək haqqılar yadıma düşdü. Pultu əlimə götürüb kanalı dəyişdim. Təsadüfən qarşıma AZTV 1 çıxdı: "Mixaylo şəhərdədir".

2 comments:

  1. a kisi daha agilli bir yazi yaza bilmedin??

    ReplyDelete
  2. incime de emin, menim gotum ancaq buna chatir. yaza bilirsen sen yaz

    ReplyDelete