Tuesday, April 6, 2010

Realist ol, mümkünsüzü arzula!

Hörmətli tamaşaçılar, uzun müddət ayrılıqdan sonra sizinlə qovuşmağıma çox şadam. Yazmağı biraz dayandırsam da özümdə bəzi şeyləri demək məcburiyyəti hiss edirəm. Əvvəla onu deyim ki burda həyat çox pisdir. Maraqsız, məzmunsuz bir həyatımız var. Bir şeyi 2 gün dalbadal yaşaya bilmirik. Həyatımız stabil deyil. Bu gün mağazadan aldığımız bir şeyin qiyməti səhərisi gün qalxır. Maddi stabilliyimiz də yoxdur. Cibimizdə 100 dollarımız olsa da prestijli bir kafeye girməyə qorxuruq. Qorxuruq ki, borcla çıxarıq. Hər kəs işini itirməyə qorxur. Çünki bu ölkədə işini itirmək ölümə bərabərdi. İnsanlar bədbəxtdir. Hər kəs tənhalıq, "kahpe hayat" sindormunu yaşayır. İnsanlar özlərini öldürür, başqalarını öldürür, öldürə bilməyənlər də narkoman, alkoqolik kimi yaşayırlar. Elə səviyyəyə gəlib çatmışıq ki, heç kəsi qınamalı, günahlandırmalı deyil. Çünki hamımız bu sistemin içindəyik və bilavasitə sistemin işini təşkil edirik. Sistemsə hamını sikir və hələ çox sikəcək.

Çox təəssüfki, yuxarıda sadaladığım bütün problemlərdən hər kəsin xəbəri var. Ölkədə hətta taksi sürücüsü belə xalqı söyür. İqtidarin zibillərini, muxalifətin zəiflərini hamı bilir. Ancaq nədənsə iqtidarın zibillərini deməyə hər adamın cəsarəti çatmır, ancaq müxalifəti yıxıb sürüməyə gələndə isə hamı birinci ola bilər. Hamı oturub səhvləri deyə bilər, ancaq nə badə kimsə durub bir təşəbbüs göstərsin, nəsə kömək eləsin, yox! Bizdə elə zadlar yoxdu. Hamı müxalifətə ağıl öyrədir, strategiya fikirləşir. Uzaqgörən siyasətçilər kimi qıraqda durub lazım olan momenti gözləyirlər ki, meydana daxil olsunlar. Qardaşlar və bacılar, dəyərli qonaqlar, momenti gözləmək yox yaratmaq lazımdır. İndi elə vəziyyətdir ki, momenti yaratmaq üçün cəsarətli insanlara ehtiyac var. Bu ölkədəki situasiyanı anlamaq üçün, dəhşətli dərəcədə ağıllı olmaq lazım deyil. Sadəcə biraz dərketmə qabiliyyəti olmalıdır. Şükür olsun ki, bizdə də o var. Rüşvətlə diplom alan məncə bu ölkədəki yaşayışı çox gözəl dərk edir.

Belə yaşamaq olmaz, əzizlərim. İnsan bundan ölə bilər. Ciddi deyirəm. Bu sistem bizim həyatımıza ciddi təhlükədir. Özü də sizi elə sizin öz əlinizlə öldürəcək. Bu təhlükə təkcə jurnalistlərə, muxalifətçilərə və bu qisimdən olan insanlara aid deyil. Bu sistem hətta adicə fəhlənin, dönər satanın, işsizin, biznesmenin - hər kəsin həyatına təcavüz edir. Öləndə də gəlib başsağlığı verə bilər. Biraz düşünək, əzizlərim. Sadəcə biraz düşünək. Səbəbini mən də bilmirəm, ancaq düşünək ki, biz bir insanlar toplusu olaraq niyə görə bir araya gələ bilmirik. Niyə görə bir hədəfə vura bilmirik. Hər şeyin sonu ölümdür. Ölüm hər kəsə çox yaxındır. Hər an ölə bilərik. Ancaq gəlin heç olmasa öləndə ölü kimi yox diri kimi ölək.

Desinlər ki, dövlət qurdu getdi...

4 comments:

  1. Araz, bax kimin neyine lazimdir bu dushunmek?
    Fehle- Dushunse pul qazanmaga vaxti qalmayacaq ona gore dushunmur.
    Muellim - Neyine gerek?Dolanir da bala bala.Lazimdi ona bashini derde soxsun
    Hekim - Xesteye ele miqdarda pul iteleyir ki ozune 1ay o pulla dolanar.Dushunmek serf elemir ona
    Telebe - Nese dese etrafi mezelenecek ki ala gic gic sayiqlama qaxil otur yerinde.Valideynleri de deyecek ki bashina artiq tuk chixib bala?
    Polis - Bunu izah etmek lazim da deyil
    Mudur - Bashina hava gelmeyibse bele shey aglinin ucundan bele kechirtmez
    Yerde kim qalir?

    ReplyDelete
  2. Cox soyuqqanli ve semimi yazidi.Inaniram ki bu yazini oxuyanlarin (helede qorxanlar)ekseriyyeti son cumlede oz qorxularini defn edecekler.

    ReplyDelete
  3. qatarda bir kişi ilə uzun diskussiyadan sonra o, çıxış yolunu azərbaycan millətini bombalayıb məhv etməkdə gördüyünü bildirdi.

    ReplyDelete
  4. En yaxshisi ozunuz ozunuze bomba baglayib partladin camaati gunaha batirmaq lazim deyil

    ReplyDelete