Sunday, April 18, 2010

Şizofreniya

Azərbaycanda kütləvi məlumatsızlıq var. Diqqət edin, savadsızlıq demirəm. O da var, ancaq o elə də kütləvi deyil. Mən məlumatsızlıq deyirəm. Bu çox pis şeydir. Savadsızlıqdan da pis. Bir adam savadsız, mütaliəsiz ola bilər. Bu qorxuludur. Lakin ən qorxulusu odur ki, bir adam ildə 100 kitab oxusun ancaq başına gətirilən oyunlardan,  müsibətlərdən xəbəri olmasın. Azərbaycanda bu artıq kütləvi hal alıb. Ölkə əhalisinin bəlkə də çoxu heç bilmir ki, Azərbaycan avtoritar ölkədi. Yəni heç xəbərləri də yoxdur ki, haradasa prezidenti açıq şəkildə tənqid edirlər, haradasa universitetdə rüşvət vermirlər, haradasa jurnalistəri həbs etmirlər. Çoxu elə bilir ki, elə belə də olmalıdı. Bundan yaxşısı ola bilməz. Elə buna görə də əksəriyyət hakimiyyətin hər axşam xəbərlərdə verilən inkişaf illuziyasina inanır. 700 min iş yeri, Qarabağ probleminin həllində növbəti addım, iqtisadi inkifaş, pensiyaların artımı və s. Bunlar hamısı illuziyadı. Əslində bunların heç biri yoxdu. Nə 700 min iş yeri var, nə də Qarabağ probleminin həllində növbəti addım, nə iqtisadi inkişaf. Elə şey olarmı ki, hardasa oldu mən görmədim? Təbii ki, əhalinin çox hissəsi buna inanır. Qıraqdan baxansa elə bilir ki, hakimiyyət şizofreniya xəstəliyindən əziyyət çəkir. Mən özüm hakimiyyəti tərifləməyə səbəb axtarıram, ancaq iki gözümə and olsun tapa bilmirəm.

Bu xalqı oyatmaq ona görə çətindi ki, onlar düşdükləri vəziyyətin fərqinə varmırlar. Bizim üçün elə bir roman yazılıb ki, o romanda hamı bizə qarşıdı. Hətta ən yaxın dostumuz da sonda bizi atıb gedir. Dramatizm dəhşət çoxdu. Etiraz anlayışımız köşə yazarlarına köklənib. Sübhanallah.

****

Əli Həsənov 1 həftədi işini gücün atıb Obamanı söyür. Bu gün də çıxıb deyir ki, Azərbaycan Amerika ilə bağlı siyasətinə yenidən baxa bilər. Sabah Xalq qəzetində "Azərbaycan Amerikaya maliyyə yardımını dayandırır" başlığı  manşetə çıxsa təəccüblənmərəm. Təbii ki, kütlə buna əl çalacaq, amma məncə, İlham Əliyevdən 2-ci Çavez yaratmaq səyləri çox uğursuz nəticələr verir.

Sonu olmayan bir yoldayıq. Çox təəssüfki Azərbaycanı uçuruma aparan bu yolu çox adam gedir. Getmək istəməyənlərsə azdı. Onlar bu kütlənin dalğasına tab gətirə bilmirlər. Nə qədər bu ölkənin siyasətini, mentalitətini söyənlər olsa da, sonra hamısı bununla barışmalı olur.

Çox təəssüf ki, hamımız şizofreniyadan əziyyət çəkirik. Hətta yazdığım yazı da...

P.S.: Biz hamımız dəliyik (c) Emin Milli

6 comments:

  1. duzelen deyil.. hele bundan de dehseti goreceyik...

    ReplyDelete
  2. butun deyilenlerle 100% raziyam, gozel yazidir, amma fikrimce qoyulan diaqnoz bir qeder deqiq deyil, Azerbaycanda istisnalari cixmaqla cox boyuk ekseriyyetin veziyyetden cox gozel xeberi var, sadece olaraq, insanlarda neyi ise deyismek ucun teshebbus etme qorxusu var, cunki teshebbus edecekleri teqdirde tekce polisden, iskenceden ya da ishden azad olunmaqdan yox, hem de cemiyyetden "tecrid" edileceklerinden qorxurlar. Onlara "terrorist", "qerbin agenti", "gey", "veten xaini" damgasinin vurulacagindan, ve cemiyyetde ekseriyyetin yene de qorxu ucbatindan bu damgalari heqiqetmis kimi qebul edeceyinden qorxurlar.

    Tesekkur edirem.

    ReplyDelete
  3. Ela yazidir. Men de duzu Azerbaycandan kenarda oldugum an, chalishiram ki, neyise terifelayiq bir shey tapim terifleim ki, bizde de bu sahede ondeyik. Amma bu fikir-dushunceni de Azerbaycanda olmayan ecnebiye sirishdirmaq olar. Onun bir defe Azerbaycan Aeroportuna dushmesi ve ya transit uchmasi butun fikirlerini formalashdirar Azerbaycan haqqinda!
    Movzuya gelince, TVde eyni sheyler, 80-90% qezetlerde eyni sheyler, radioda eyni sheyler gorsedilib, yazilib, dinlenende xalqin da beyni tedricen donur. Bezi muxalifet numayendeleri nece ki, donub "el chalmaga" razilashdilar. Onlara TV tesir elemishdi, amma qunamayaq onlari da, axi adam ailesinin yaninda ezyet chekir pulsuzluqdan.

    ReplyDelete
  4. Kutlevi melumatsizliq varsa demeli kutlevi melumatlandirmaga ehtiyac var! Problemin diaqnozu xoshuma geldi, yaxshi olardi ki, problemden chixish yollari haqqinda fikirlerinizi de burda qeyd ederdiniz!

    ReplyDelete
  5. Pessimistik də olsa, maraqlı yazıdır.

    ReplyDelete