Tuesday, May 11, 2010

Yapmayın arkadaşlar

Dünən gənclər bulvarda aksiya keçirdilər. "Gül bayramına yox" şüarları ilə dənizkənarı parkda 20 metr irəlilədikdən sonra hər kəs dağılışdı. Xoşbəxtlikdən polis tərəfindən saxlanılan olmadı. Çox sevindirici haldır.



Polis bizi sevindirsə də insanlar məyus etdi. Şüarla irəliləyən aksiyaçılara "zəhirmar yox", "kül başınıza" kimi şifahi xalq ədəbiyyatının qarğış nümunələrindən yağdıran vətəndaşları sən demə heç sel altında qalan kəndləri də narahat etmir. Durna bir qrup qatıq bankasına başa salmağa çalışırdı ki, ölkənin bir hissəsi sel altında qalan bir vaxtda bizim götümüzə aksiya keçirmək yaraşmır. Bu qatıq bankalarından biri də dediki, elə mənim öz kəndim su altında qalıb, indi oturum ağlayım? Hər halda gülmək də lazım deyil.

Dünən yarım milyon adam bulvarda idi. Hamısı da sevinirdi. Onları heç nə narahat etmir. Şamaxıdan, Ağsudan durub bayrama gələnlər var idi. Bizim kimi müxalif ünsürlərsə bu insanların istirahətini pozur. İbrahim Tatlısəs demişkən, yapmayın arkadaşlar. Çörək və tamaşa öz yoluna uğurla davam edir. Bu arada 1 kilo kartofun qiyməti 1.60 AZN olub. Allah cibinizi bol eləsin. Gül bayramınız mübarək.

2 comments:

  1. Əsas məsələ gülmək, ya da ağlamaq deyil, resursların talanmasına sevinmək, yaxud onlardan az-çox düzgün istifadə edilməsinə çalışmaqdır. Resurslar bitməz-tükənməz olsaydı bu dünyaya iqtisadiyyat adında elm lazım olmazdı ki! Hamının hər şeyi olardı.
    Axtarsan bəlkə də o rayondan gələnlərin nə qədər qohum-əqrabası Rusiyalarda qalıb.

    ReplyDelete
  2. Bizim bedbextchiliyimiz ondadir ki, her kes ozunu bashqasindan agilli hesab edir. Eger bashqasi onunla razilashmirsa demek ona gulmek lazimdir. her kesin oz agli oz dunyagorushu var. Biri sevinmek isteyir, o biri aglamaq , digeri aksiya kechirmek hevesine dushur , demek ki butun millet durub size qoshulmalidir. Menim oz fikrimce gul bayramimiz en gulmeli bayramlardan biridir. Amma kimise sevindirirse onda neye gore onun qarshisini almaq lazimdir? Onsuz da yaziq millet butun gunu derd checkmekle meshguldur. Indi deyirsiz suni olsa da hech kimin uzu gulmeye huququ yoxdur? Vallah, eger hami qara geyib dushseydi kucheye durub onu da mesxereye qoyardiz ve belke de yox onsuz da matem kechirmekde hamini geride qoymagi bacaririq. Ne ise " yapmayin arkadashlar".

    ReplyDelete