Sunday, June 6, 2010

Sədaqət nümunəsi

"Yenə başladılar". Dəyanət adlı cəbhəçi gənc aksiyada iştirak etdiyi üçün kafedə offisiant işindən azad edilib.

O kafenin administratoru çox təmkinli, muğamsevər, sadə bir azərbaycanlıdır. Səfuranın Eurovisionda 1-ci yer tutmaması onu çox kədərləndirib.  Ancaq yenə də erməni təmsilçidən yuxarı yer tutması ona təsəlli verdi.

İlham Əliyevin xarici düşmənlərimizlə boğuşduğu bir vaxtda AXCP-nin mitinq keçirməsi və işçilərindən birinin də mitinqə qatılması onu çox əsəbləşdirib. Elə buna görə də Daxili İşlər Nazirliyindən gələn sifarişi o dəqiqə yerinə yetirdi. O bildirdi ki, ölkəmizin müharibə şəraitində olduğu bir vaxtda iç düşmənlərimizin bu cür aktivləşməsi yolverilməzdir: "Biz onları çörəksiz qoymalıyıq ki, İlham Əliyevin gənclərə göstərdiyi qayğının qədrini bilsinlər."

Görürsünüzmü , cənab prezident, onlar sizə hər şeyləri ilə xidmət edirlər. Siz də gündə 10 dəqiqə onlara, bu ölkəyə xidmət etsəniz dünyamı dağılar ya neftin qiymətimi düşər? Yoxsa bir də bizi Eurovisiona buraxmazlar?

No comments:

Post a Comment