Friday, February 5, 2010

Biz nəyə hazırıq?

Əli Həsənovun fikrincə cəmiyyətimiz, xalqımız Diffamasiya haqqında qanunun qəbul edilməsinə hazır deyil. Ancaq Azərbaycan dövləti bu qanuna hazırdır. Adam bilavasitə dövlətlə xalqı qarşı-qarşıya qoyur. Deyir ki, biz dövlətik biz hər şeyə hazırıq, ancaq nə edək ki camaat "tupoy"du. Bir tərəfdən də başa düşür ki, əgər Diffamasiya haqqında qanunu qəbul eləsələr, hamı başlayacaq bunlara ağzına gələni deməyə. Təbii ki, artıq məzmuna görə həbs edə bilməyəcəklər. Ona görə də məcbur olacaqlar ssenaristlərin sayını çoxaltmağa. Mən inanıram ki, bunlar pul verib Hollivuddan ssenari də alacaqlar. Azərbaycan ictimaiyyətinin yarısı narkoman, yarısı da xuliqan olacaq. Yarısı icazəsiz Aya uçduğuna görə, yarısı da məsələn, təyyarə qaçırtdığına görə həbs olunacaq. Bütün buların xərci böyükdür. Ona görə indiki vəziyyət sərf eləyir. Bununla həm də hakimiyyət sivilliyi imitasiya edir. Hərdən bir də görürsən, jurnalisti döyüb öldürmək yox, sadəcə məhkəməyə verirlər. Bu heç olmasa daha sivil formatdı.

Biz yaxşı şeylərə heç vaxt hazır olmuruq. Ancaq elə bil ki, pis zadlara tərəf gedirik. Məsələn, ömürlük prezidentliyə hamımız hazır idik."Bir mənalı şəkildə xalq HƏ dedi". 30 Apreldə o qədər tələbə öldü, matəm elan etməyə hazır ola bilmədik, ancaq Gül bayramına hazır idik. Hər il qar yağır, şəhəri pis günə qoyur, heç ona da hazır deyilik. Bir tərəfdən müharibə bəyanatları veririk, ordu da ildə 50 nəfər əsgərimiz bir-birini öldürür - müharibəyə hazir deyilik. Günahsız insanlara iş verib tutdurmağa hazırıq, Diffamasiya haqqında qanuna hazır deyilik.

Bəs sizcə "AZ" domen sonluğunu, soyadımızın sonuna qoymağa hazırıqmı , Əli bəy? Siz özünüz Həsənaz olmağa hazırsınızmı?

No comments:

Post a Comment