Friday, February 5, 2010

Bakıya yağan qar

Trend yazır: Azərbaycanda qarlı və buzlu hava şəraiti ilə əlaqədar paytaxt yol polisi gücləndirilmiş iş rejiminə keçib http://az.trend.az/news/politics/enforcement/1633325.html . Lap yaxşı, qoy həmişə hər şeyimiz gücləndirilmiş iş rejimində işləsin. Ancaq məncə, buna ehtiyac yoxdu. Çünki şəhərdə saysan 500 maşın var ya yoxdu.

Hər dəfə Bakıya qar yağanda, "Bakı qara hazır deyidli" , "Qar Bakını birdən yaxaladı" deyirlər. Bir dəfə Fövqəladə Hallar Nazirliyinin sözçüsünə sual verəndə ki, Bakıda qarlı havanın yaratdığı problemlərin qarşısı necə alınacaq, demişdi ki çalışacağıq havalar isti keçsin. Şəhərə iran sobası qoyacaqlar, qənaətlidi. Bu arada da camaat bir-bir öləcək. Qazın qiymətini 2 dəfə qaldırdın, bəs bu camaat nə ilə qızınsın? Keçən ay bizim evə 75 manat qaz pulu gəlib. Regionlarda qazı güclə gələn insanlar var. Məcburdular iran sobası ilə qızınsınlar. Bu da əməlli başlı riskdi. Son 1 həftədə 2 ailənin 4 üzvü dəm qazından boğularaq ölüb. İki ailə də evdə iran sobasından istifadə ediblər. Siqaret də çəkməsək, kontur da almasaq, qazın qiyməti yenə bahadı ( N.Məmmədov hesab edirdi ki, qazın qiymətinin artması vətəndaşların həyat səviyyəsinə ciddi təsir göstərməyəcək. Onun fikrincə, indi insanlar siqaret və telefon konturlarına qaz və işıqdan daha çox pul ödəyirlər. http://www.azadliq.org/content/article/1781979.html ) .

Bu gün Bakıya qar yağıb. Yollar iflic vəziyyətindədir, qar təmizləyən avadanlıqlar heç gözümə dəymədi. Mağazalarda çörək yoxdu, çünki çörək maşınları gəlməyib.

Bir ölkənin inkişafını +10 dərəcə temperaturda yağan qar darmadağın edirsə, bu o deməkdirki inkişaf çürükdür.

Bakı bu dəqiqə zombi şəhərciyinə bənzəyir. Qarlı küçələr və küçələrdə aramla gəzən qara paltarlı adamlar. Bu da bizim inkişafın əsl üzü. Kef eləyin.

No comments:

Post a Comment