Thursday, February 4, 2010

Kim əsgər getməlidir?

Yeni Musavat yazır ki, Qüdrət Həsənquliyevi əsgər aparma planları var. Deputat Elmira Axundova ilə girdiyi münaqişəyə görə cəzalanıb. Ona görə də gələn parlament seçkilərində mandatı əlindən alınacaq və əsgər göndəriləcək.

Bir neçə gün əvvəl Qüdrət Həsənquliyev demişdi ki, Elmira Axundova heç nəyə layiq deyil. Nə əfv komissiyasına, nə də parlamentə. Çünki Elmira Axundova, Qüdrət Həsənquliyevin qardaşını öldürən şəxsin azadlığa çıxmasını istəyir. Həsənquliyev fikirləşir ki, Elmira Axundova buna görə rüşvət alıb. Mən Həsənquliyevlə razıyam, Elmira Axundova heç nəyə layiq deyil. Ümumiyyətlə, mən belə düşünürəm ki, Azərbaycan hakimiyyətində, rejimində məhv olmaqdan başqa heç nəyə layiq olan adam yoxdu. Bunu xalq da yaxşı başa düşür. Sadəcə çox az adam deyir. Onları da əsgər göndərirlər. Görürsünüz ki, bu rejim öz himayəsində olan deputatın da mandatını əlindən alıb, əsgər göndərməyə layiqdir. Bir də gördün, ümumiyyətlə, xalqı köçürdülər ölkədən, qaldılar 50 nəfər. Məncə elə əsgər göndəriləsi şəxs varsa, o Səfər Əbiyevin özüdür. Gedib görsün, əsgərlər orda nə çəkir.

Bu arada təbrik edirəm. General Rail Rzayevin sürücüsü 3 il yarım müddətinə azadlıqdan məhrum edilib. Bizim problemləri həll etmək anlayışımız bundan ibarətdir. 30 aprelə görə, cinayətkarı gətirən avtobusun şoferini tuturuq ki, bəs ay köpək oğlu sən niyə o gedəni Bakıya gətirmisən. Generalın qətlinə görə də, sürücüsünü. O da yəqin ona görə ki, əgər sürücü maşını biraz irəlidə saxlayıb zibili atsaydı, general ölməzdi.

Belə əziz qağalar və bacılar, şair demişkən :

Bizim bir vətənimiz var, Azərbaycandır
Yesən də, yeməsən də xiyardır.

Murad Köhnəqala

No comments:

Post a Comment