Friday, May 28, 2010

AXC haqda



Bu gün Respublika günüdür. Sizi bu münasibətlə təbrik edirəm. Nə də olsa Azərbaycan tarixinin və təqviminin ən ciddi bayramıdır. 1918-ci ildə, Şərqdə ilk demokratik hökümət modeli yaradılsa da, aşırı demokrasinin gətirdiyi hökümət bohranları respublikanın axırına çıxdı. Düşünürəm ki, o zaman Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan yoldaşlarımız Azərbaycan xalqının imkanlarını həddindən artıq yüksək qiymətləndirmişdi. Həmçinin xalqdan olan gözləntiləri də çox idi. Bu gözləntilər, aşırı demokrasi, Rusiya faktoru AXC hökümətinin evini yıxdı. AXC süqut etdi. Ümumiyyətlə, Azərbaycan tarixində uğur hekayəsi yoxdur. Model olaraq AXC modeli ideal idi ancaq işləmədi. Bu gün də tətbiq etsək işləməyəcək. Çünki bu gün artıq dövləti 50 maariflənmiş nəfərlə qurmaq qeyri-mümkündür.

Nəisə söhbətimizin mövzusu bu deyil. İlham Əliyev bu gün, 28 may günü ilə bağlı etdiyi çıxışında  AXC-dən çox AzSSR-dən danışdı. Cənablar və cənabələr, mən şəxsən nə Rəsulzadəçiyəm, nə Elçibəyçiyəm, nə də cümhuriyyətçi. Sovet dağılanda bəlkə də onun qalmasına səs verərdim, lakin sonra sırtıq kimi gəlib Milli Məclisdə deputat olmazdım. Söhbət ondan gedir ki, bir prezident hansı haqqla dövlətinin yaranmasını qoyub işğal altında olmasından danışır və tərifləyir? Bunun axı adı yoxdur. Prezident deyir ki, Azərbaycan xalqı özünə xas müdrikliyi göstərib.
Azərbaycan xalqı özünə xas müdrikliyi yalnız alverdə və 1988-ci ildən başlayaraq meydan hərəkatında göstərib. Heydər Əliyevi hakimiyyətə gətirməklə də bu uğurun üstündən yekə bir xətt çəkib. İkinci AXC aqibəti təkrarlanıb.

Nəisə çox danışmayım. Demək istədiyim odur ki, biz hər nəyiksə, xalq, millət, kütlə və s. Bizim uğur hekayəmiz, uğur modelimiz yoxdur. Ola bilər nə vaxtsa olsun. Ancaq bu nə bu gün var nə də keçmişdə olub.

No comments:

Post a Comment