Wednesday, June 2, 2010

İt dalaşı



Azərbaycanda mitinq dövrü bitib. Bunu Rəbiyyət Aslanova da dedi. Duz deyir. Azərbaycanda indi ac qalmamaq , küçədə yatmamaq, iş tapmaq üçün mübarizə dövrü başlayıb. Bu qədər problemin içində kişi heç arvadını döyməyə vaxt tapmır.

Bu arada Eynulla Fətullayev aclığa başlayıb. Ona dəstək olmaq lazımdır. Biz adlarının açıqlanmasını istəməyən bir qrup muxalif ünsür buna lazımı dəstək verəcəyik.

Ermənilər də çoxdandı atəşkəsi pozmurlar. Adam lap darıxır.

İsrail əsgərləri vurulan Türkiyə gəmisindəki ərzağı - 50 şiş tikə və 50 şiş lülə kəbab, təndir çörəklərini, təndir lavaşlarını müsadirə edib. Kəbabın bişirildiyi şişlər soyuq silah qismində ekspertizaya göndərilib. Bu arada İsrail tərəfi gəmidəki könüllüləri azad edib.

No comments:

Post a Comment