Thursday, June 3, 2010

İt hürüşü

Xanımlar və cənablar vallah bezmişəm. Bizim evimiz həyət evidir. Bir həyətdə haradasa 3-4 ev yerləşir. Neçə ildir xoş firavan yaşayırdıq. Heç bir problem çıxmırdı. Ta ki, bizimlə qapı qonşu olanlar evlərinə it alıncaya qədər.

Hər dəfə mən və ya digəri evin qapısını açanda bu it başlayır hürməyə. Özü də çox eybəcər səslə. Desəm ki, it məni görsə cumacaq, yox, o da yalandır. Çünki, tarakan boyda itdir. Mənə cummaq nə həddinə. Sadəcə bu itin səsindən bezmişəm. Səhər saat 8-dən - camaat işə gedəndə başlayır, ta ki axşam - camaat işdən evə qayıdana qədər hürür.

Sizdən çox xahiş edirəm. Bu iti zərərləşdirməyin hansısa yolu varsa mənimlə paylaşın. Yoxsa məndə artıq heyvanlara qarşı nifrət yaranmağa başlayı. Təşəkkür edirəm.

***

Turan ANS-də İsrailin Türkiyə gəmisinə hücumuna münasibət bildirir. İmkan olsa Turanı da zərərləşdirin.

No comments:

Post a Comment