Tuesday, May 11, 2010

İki söz

Bu qədər mübarizə aparan və mübarizə aparmağa cəhd göstərən insan var. Mən də yəqin onların içinə daxiləm. Sadəcə bir sözüm odur ki, bu xalq bəlkə nə vaxtsa bizim üçün meydanlara çıxacaq və bizə əl çalacaq. Lakin daha sonra isə yenə həmin xalq, həmin insanlar bizim asılmağımızı, həbs olunmağımızı və yaxud öldürülməyimizi alqışlayacaq. Mübarizə apararkən sadəcə bu xalqı ciddiyə almayın. Bu mübarizə xalqın yox sizin öz daxili qürurunuzun mübarizəsi olmalıdır. Kütlə, xalq sadəcə məqsədə çatmaq üçün vasitədir. Bu xalq üçün aparılan mübarizədə elə bunların özünə oxşayacaq. Biz Axundovun boynunda şəkil çəkdirən insanlardan olmamalıyıq. Şərtləri xalq yox, biz qoymalıyıq.

1 comment:

  1. 1918-ci ilin bu vədələrində də şərtləri bir qrup mübariz insan qoydu, xalq yox. Xalq heç bilirdimi ki, cümhuriyyət nədir? Götürüb qadınlara seçki hüququ verdilər, özü də həm seçmək, həm də seçilmək. Görəsən o zaman neçə qadın (ya da lap elə kişi) bunun fərqinə vardı? Bilmək maraqlı olardı, yox?

    ReplyDelete