Thursday, June 10, 2010

CİN



İnsan özünə qarşı olan ittihamları təsdiq edəndə çox eybəcərləşir. Qarpız sezonu da başlamaq bilmir. Bu yay normal alçamız da olmadı heç. Çox quru və dadsız idi. Bəlkə də siz dadlısını yemisiniz. Əli dayının yaxşı pivəsi olur. Hərdən biraz keflənmək üçün onun podvalına girirəm. Adətən 3 bakal içirəm. Ən dadlısı sonuncusu olur adətən.

Sabah Dünya Çempionatı başlayır. Belə mötəbər anlarda pivə çox dadlı gedir. Mən İngiltərəyə azarkeşlik edirəm. Uşaqlıqdan adətimdi. Bu çempionatda deyilənə görə şansımız çoxdu. Çox adam İspaniyanın çempion olacağını desələr də, düzü mən ispanların yarımfinalda məğlub olacaqlarına inanıram.

Türkiyədə 23 yaşlı gənci atası içində cin var iddiası ilə cin çıxaranın yanına gətirib. Cin çıxardan gəncin içində 7 qadın cin olduğunu təsdiqləyib. Cinin çıxarılması prosesinə başlanılıb. Bundan sonra gənc dünyasını dəyişib. Cin çıxaranın sözlərinə görə, o cin yerinə gəncin ruhunu çıxarıb. Polis gəncin üstündə heç bir zorakılıq əlaməti tapmayıb. Bu cinçinin axmaqlığına bax e deyirəm. 7 cinin içində uşağın ruhun çıxarıb. Görən bəs cinlər hara gedib?

Nə qədər axmaq adam var dünyada. Xəzər TV bu cin xəbərləri ilə ömrümüzü qayırıb da. Ciddi xəbər televiziyası da cin xəbərini verər?

1 comment:

  1. Araz bir sey sorushum qarsdash. Bu Ali dayinin obyekti haradadi?? o qeder demisiz , maraq yaradib.....gorek nece pivesi olur Ali dayinin))

    ReplyDelete