Wednesday, June 9, 2010

Xülyalarla keçən zaman



Bu gün müxalifət daxilində elə vur çatlasın gedir ki, İlham Əliyev yaddan çıxıb. Sanki artıq Əliyev rejimi devrilib və növbədənkənar parlament seçkiləri keçiləsidi. Heç kim bir-birini ittiham etməkdən çəkinmir. Muxalifət birləşməlidi deyəndə biz bunu nəzərdə tuturduq. Real muxalifət quvvələri olan AXCP və Musavat birləşsin və bir mövqedən çıxış etsin. Daha heç kim bir-birini ittiham etməsin.

AXCP-nin nədən hələ də Azadlıq blokunda olmasını anlaya bilmirəm. Sonuncu aksiyada iştirak edənlərin, tutulanların 90 faizi cəbhəçi idi. O biri iki partiya - Əli Əliyevgil və Lalə Şövkətgil bir AXCP-nin gənclər təşkilatına bərabər deyillər. Özü də müavinlər səviyyəsində aksiyalarda iştirak edən Azadlıq Bloku, gənclər təşkilatı səviyyəsində aksiyalarda iştirak edən Musavat var ortalıqda. Hər iki tərəf də demək olar ki, aksiyaya eyni sayda adamla çıxır.

****

Mənim hörmətli Əli Kərimliyə sualım var:

Sizcə seçkilərdə sizə daha çox kim dəstək verə bilər? Biz bitərəf gənclər yoxsa Əli Əliyev və Lalə Şövkət birliyi? Xahiş edirəm, əgər cavab versəniz, "hər ikisi" cavabını verməyin.

P.S.: Dəstək deyəndə mən: aksiyalarda iştirak, müxtəlif tədbirlərin təşkili və s. nəzərdə tuturam.

Əgər AXCP və Musavat birliyi baş tutarsa çox şey dəyişə bilər.

....və bunları mən real müxalifət partiyaları olaraq görürəm.

***

Arzumuz demokratik dövlətdə yaşamaqdır.

3 comments:

  1. Araz bey, evvela Lale Shevketin gucu onun mitinge ne qeder adam cixarmasi ile olculmez. Musavatcilar da qebul edir ki, onun elektorati var. 2-si meyer muttefiq gucu az olduguna gore atilirmi? Belke Musavata muraciet edesiniz ki, birlik uchun hec bir shert qoymasin? Bir halda ki, AXCP Musavatin Ehmed Oruc,Vuqar beyturan ve Bedreddin kimi muttefiqlerine dozur, Musavat da Lale xanimin ve Eli Eliyevin AXCP ile muttefiqliyine dozsun.

    ReplyDelete
  2. Vallah, artiq ozunuz bilersiniz. Menim hech oglumun dashshagina da deyil ne olacaq.

    ReplyDelete
  3. bu sualin cavabi,mene de maraqlidi.goresen ne cavab verecekler?mence de artig birleshme zamani gelib.muxalifetin ichinde olanlar esas reqibleri ile yox ozleri ozleri ile mubarize aparir.

    ReplyDelete