Wednesday, June 9, 2010

Milli Məclis söhbəti

«Əvvəllər seçki müddəti 4 ay idi. Sonra biz bu müddəti 75 günə qədər azaltdıq. Dünyanın bir çox ölkəsində müddət çox azdır. Bizdə insanların müraciəti olurdu ki, vaxt həddən artıq çoxdur. Təklif edirik ki, seçki müddəti 75 gündən 60 günə endirilsin. Belə olacağı halda, təbliğat müddəti də müvafiq olaraq 28 gündən 23 günə endiriləcək».

Problem yoxdu. Nə problem ola bilər ki, istəyirsiz elə parlament seçkisini 1 günlük simvolik olaraq keçirək. Yaxşı ki bu internet zad var, vallah. Yoxsa bunlar durub deyəsidilər ki, bütün dünyada seçki kampaniyası cəmi yarım saat olur, kim nə qədər seçici yığar...yığar...Təsəvvür edin, əslində görün o yarım saat ərzinə ölkədə nələr baş verə bilər. Kiminki kimdədi bilinməz.
«NAMİZƏDLƏRƏ VƏSAİT VERİLMƏSİ DÜZGÜN DEYİL»

Əlbəttə düzgün deyil...Ondansa o vəsaitə, 50 yolun asvaltını sökmək, 20 körpü tikmək, Gül bayramı keçirmək, Dubayda bir yaxt almaq olar. Bütün Avropa ölkələrində belədi...

Bu Siyavuş nə həyasız adamdı...

No comments:

Post a Comment